Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

“İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tabeliyində hazırda 53 həkim və 237 orta tibb işçisi fəaliyyət göstərir. Müəssisə 3 Ailə Sağlamlıq Mərkəzi, 15 Həkim Məntəqəsi və 30 Tibb Məntəqəsindən ibarət olmaqla rayon əhalisinin tibbi təminatını həyata keçirir.Dövlət proqramları çərçivəsində onkoloji xəstəliklərdən, şəkərli diabetdən əziyyət çəkən və dializ müalicəsinə ehtiyacı olan pasiyentlərin dərman təminatı mütəmadi nəzarətdə saxlanılmış, onların fasiləsiz dərman preparatları ilə təmin olunması təmin edilmişdir. Rayon İcra Hakimiyyətinin Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə müraciətləri nəticəsində 2023-cü ildə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə müasir standartlara cavab verən klinik-diaqnostik laboratoriya yaradılmış, həmçinin tibb müəssisəsi 1 ədəd yeni ultrasəs müayinə aparatı (USM) ilə təmin edilmişdir. 

Keçidlər