Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

İmişli rayonu kənd təsərrüfatı rayonu olsa da, rayon üzrə məhsul buraxılışının həcmində sənaye məhsulu (55,2 faizi) üstünlük təşkil edir. 2026-cı ilin yanvar-mart aylarında iqtisadiyyatın əsas sahələri üzrə ilkin hesablamalara görə faktiki qiymətlərlə 189362,9 min manatlıq məhsul istehsal edilmiş və xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,8 faiz artmışdır. Məhsul buraxılışının 40640,9 min manatı və ya 21,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 104547,6 min manatı və ya 55,2 faizi sənaye, 32312,6 min manatı və ya 17,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 3184,7 min manatı və ya 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 8203,1 min manatı və ya 4,3 faizi tikinti, 474,0 min manatı və ya 0,2 faizi informasiya və rabitə sahələrinin payına düşmüşdür

                         İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

                                                               Min manat

 

2026-cı ilin yanvar-mart aylarında

2025-ci ilin yanvar-mart aylarında

2026-cı ilin yanvar-mart aylarının 2025-ci ilin yanvar-mart aylarına nisbətən fiziki həcm indeksləri, faizlə

Sənaye

104547,6

127176,5

107,8

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

40640,9

36976,2

104,0

Tikinti

8203,1

8670,8

94,6

Nəqliyyat və anbar təsərrüfatı

3184,7

2077,8

146,4

İnformasiya və rabitə

474,0

595,0

78,2

Ticarət; nəqliyyat vasitələrinin təmiri

32312,6

30358,8

100,8

Yekunu:

189362,9

205855,1

105,8

2026-cı ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5884,7 min manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,1 faiz çox investisiya yönəldilmişdir.

Ümumi sərmayənin 2826,5 min manatı (48,0 faizi) məhsul istehsalı sahələrinin, 798,7 min manatı (13,6 faizi) xidmət sahələrinin, 2259,5 min manatı (38,4 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.

Ümumi sərmayənin 11,4 faizi dövlət, 88,6 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 57,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərinin 668,7 min manatı (19,9 faizi) dövlət, 2692,3 min manatı (80,1 faizi) isə qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşmüşdür.

İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi

min manat

İqtisadi fəaliyyət növləri

2026-cı ilin yanvar-mart aylarında

2025-ci ilin yanvar-mart aylarında

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Cəmi

5884,7

4199,7

140,1

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

1519,9

124,8

12,2 d

Sənaye

1306,6

1511,2

86,5

o cümlədən:

emal sənayesi

1306,5

507,6

2,6

mədənçıxarma sənayesi

-

-

 

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

0,1

1003,6

-

Tikinti

2259,5

2304,0

98,1

ondan mənzil tikintisi

2259,5

2304,0

98,1

Ticarət; nəqliyyat vasitələri-nin təmiri

100,0

17,3

5,8 d

Nəqliyyat və anbar təsərrüfatı

-

240,3

-

o cümlədən:

nəqliyyat

-

240,3

-

İnformasiya və rabitə

668,7

-

-

              ondan rabitə

668,7

-

-

Daşınmaz əmlaklarla əlaqədar əməliyyatlar

30,0

-

-

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

-

2,1

-

 

2026-cı ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 25,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 22,2 faizi sənaye, 38,4 faizi tikinti, 1,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,4 faizi informasiya və rabitə, 0,5 faizi daşınmaz əmlaklarla əlaqədar əməliyyatlar sahələrinə sərf edilmişdir

2026-сı ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkaraları nəzərə alınmaqla) 8203,1 min manat dəyərində tikinti işləri yerinə yetirilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az olmuşdur. Yerinə yetirilmiş inşaat işlərinin 59,0 faizini inşa, yenidənqurma və bərpa, 28,4 faizini cari təmir, 12,6 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 93,2 faizini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən yerinə yetirmişlər.

Görülmüş inşaat işlərinin 556,3 min manatı və ya 6,8 faizi avtomobil yollarının cari təmir işlərinə sərf olmuşdur. 2026-cı ilin yanvar-fevral aylarında tikinti müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 519,1 manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz az olmuşdur.

 

Keçidlər