Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidləri

Aprel döyüşləri şəhidi, Dədəkişiyev Cavid Xanhüseyn oğlu 1988-ci il iyul ayının 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub. 2006-cı ildə İmişli rayonunda yerləşən Namiq Abışov adına tam orta məktəbi bitirərək həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu il iyunun 26-da leytenant rütbəsi alıb və 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2016-cı ilin aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən Cavid Dədəkişiyev döyüş tapşırığını yerinə yetirərkən 2 aprel 2016-cı ildə şəhid olub. Aprelin 11-də doğulduğu İmişli rayonunun Qaralar kəndində dəfn olunub.Vətən qarşısında xidmət borcunu şərəflə yerinə yetirdiyi və göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Cavid Dədəkişiyev ölümündən sonra “İgidliyə görə” və “Vətən uğrunda"  medalları ilə təltif edilib.
 

Aprel döyüşləri şəhidi, Savalanov Nəcməddin Akif oğlu İmişli rayonunun Göbəktala kəndində anadan olub. Uşaqlıq illərində atasını itirən Nəcməddin Savalanov anası tərəfindən böyüdülüb və kiçik yaşlarından hərb sənətinə böyük maraq göstərib. Bu maraq onu C.Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb. Təhsilini başa vurduqdan sonra öz istəyi ilə cəbhə bölgəsində xidmət edib. 2016-cı ilin Aprel döyüşləri zamanı ön xəttdə yerləşən hərbi hissənin qərargah rəisi kimi döyüşlərdə iştirak edən Nəcməddin Savalanov əvvəlcə ayağından yaralansa da, tibbi yardım almaq əvəzinə ayağını sarıyaraq döyüşə davam edib. Daha sonra çiynindən ağır yaralanan igid zabit Silahlı Qüvvələrin Hərbi Hospitalına çatdırılıb. Həkimlərin uzun sürən səylərinə baxmayaraq, 37 günlük müalicə nəticə verməyib və Nəcməddin Savalanov 2016-cı il mayın 8-də şəhidlik zirvəsinə ucalıb.Vətən qarşısında xidmət borcunu ləyaqətlə yerinə yetirdiyinə və göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Nəcməddin Savalanov “İgidliyə görə” medalı ilə təltif edilib. 
 
Keçidlər