Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatları şəhidləri

 

19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror tədbirlərində şəhid olan, əsgər Əzizalıyev Seymur Teyyub oğlu 2004-cü ilin iyul ayının 27-də İmişli şəhərində anadan olub. Xankəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Seymur Əzizalıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror tədbirlərində şəhid olan, MAHHXHQ Sadıqov Ceyhun Niyaməddin oğlu 2002-ci ilin avqust ayının 26-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Xankəndi-Xəlfəli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Sadıqov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. 

 

19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror tədbirlərində şəhid olan, MAHHXHQ Babaşov Ucal Nərbala oğlu 1995-ci ilin aprel ayının 9-da İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Xocalı rayonunun Dəhrəz kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ucal Babaşov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Həmçinin qəhrəman şəhidimiz Vətən müharibəsi zamanı gedən döyüşlərdə də iştirak etmiş və “Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir.

Keçidlər