Şriftin ölçüsü :

Saytın rəngi :

İdman

    Son illər İmişli rayonunda gənclər və idman sahəsində müsbət inkişaf dinamikası müşahidə olunmaqdadır. Bu irəliləyişlər gənclərin asudə vaxtının səmərəli təşkili, onların fiziki inkişafının təmin edilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin yerli səviyyədə uğurla icra olunmasının nəticəsidir. Hazırda İmişli rayonunda  Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Sözügedən kompleks müasir idman infrastrukturu ilə təchiz olunmaqla rayon gənclərinin idmana cəlb olunması, onların fiziki və mənəvi inkişafının təmin edilməsi, eyni zamanda asudə vaxtlarının səmərəli şəkildə təşkili üçün əlverişli şərait yaradır. Kompleksdə müxtəlif idman növləri üzrə məşqlərin və yarışların təşkili gənclər arasında idmana marağın artmasına əhəmiyyətli töhfə vermişdir. 2025-ci il ərzində İmişli rayonunda idman sahəsinin inkişafı və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində mühüm hadisələrdən biri müasir idman infrastrukturuna malik İmişli Cüdo Mərkəzinin istifadəyə verilməsi olmuşdur. Yeni yaradılmış bu mərkəz gənclərin döyüş sənəti növlərinə marağının artırılmasına, peşəkar idmançıların yetişdirilməsinə və idman nailiyyətlərinin yüksəldilməsinə geniş imkanlar açmışdır.Həmçinin rayonda idman sahəsinə göstərilən diqqətin nəticəsi olaraq Rayon İcra Hakimiyyəti tərəfindən “İmişli” Futbol Klubuna davamlı dəstək göstərilmiş, klubun fəaliyyəti bərpa edilərək ona ikinci nəfəs verilmişdir. 2023-cü ildə göstərilən dəstək nəticəsində komanda I Liqada iştirak etmiş və keçən müddət ərzində komanda uğurlu çıxış edərək Premyer Liqaya vəsiqə qazanmış və hal-hazırda premyer liqada çıxışını uğurla davam etdirir .
      Eyni zamanda, il ərzində gənclər və idman sahəsində mütəmadi olaraq müxtəlif idman yarışları, turnirlər, kütləvi idman tədbirləri və sağlam həyat tərzini təşviq edən maarifləndirici aksiyalar təşkil edilmişdir. Bu tədbirlər gənclərin idmana fəal cəlb olunmasına, onların sosial aktivliyinin artırılmasına və sağlam cəmiyyətin formalaşdırılmasına xidmət etmişdir. 

Keçidlər