Rayon haqqında
Mədəniyyət
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan İmişli rayonu üzrə mədəniyyət müəssisələri şəbəkəsinə 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Uşaq İncəsənət Məktəbi, 1 Mədəniyyət Mərkəzi, 5 kənd mədəniyyət evi, 19 kənd klubu, 1 Mərkəzi Kitabxana, 1 şəhər kitabxanası və 26 kənd kitabxana filialı daxildir. Ümumilikdə rayonun 50 yaşayış məntəqəsi üzrə 55 mədəniyyət müəssisəsi fəaliyyət göstərir ki, onlardan 6-sı İmişli şəhərində, 49-u isə rayonun qəsəbə və kəndlərində yerləşir. Rayonun qəsəbə və kəndlərində 5 mədəniyyət evi, 17 kənd klubu və 26 kənd kitabxana filialı fəaliyyət göstərir.






