İcra Hakimiyyəti
Fəaliyyət
Hazırda inşa edilən obyektlər
50 min tonluq taxıl anbarı
Tikinti işləri Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5,0 ha ərzidə aparılır, hər biri 8 min tondan yuxarı olan 6 ədəd taxıl saxlanc anbarının, yardımçı və xidmət binalarının tikintisi başa çatmışdır, ərazidə yaşıllaşdırma, daxili yollara asfalt beton örtüyünün qoyulması, binaların rənglənməsi və enerji təchizatı ilə bağlı işlər aparılmışdır. Obyekt istifadəyə veriləndən sonra 55 nəfərə yaxın işçi işlə təmin olunacaqdır. Tikinti işləri “KROUN-KO” MMC tərəfindən aparılmışdır.
“Araz” Damazlıq Quşçuluq MMC
Tikinti işləri Sahibkarlığa kömək Milli Fondunun və Təsisçinin vəsaiti hesabına 30,0 ha ərazidə aparılır, istehsal güçü ildə 10 mln damazlıq yumurta olan obyektin 7 istehsal sexində tikinti-quraşdırma işləri başa çatmaq üzrədir, yardımçı, xidməti binalarda və yumurta saxlama anbarlarında son tamamlama işləri aparılır, yem zavodunun tikintisinə başlanılmış, obyektin ərazisində daxili yollara asfalt-beton örtüyünün qoyulması, binaların rənglənməsi və enerji təchizatı ilə bağlı işlər yekunlaşmaq üzrədir. Hazırda 60 nəfər işçi çalışır, obyekt istifadəyə veriləndən sonra 80 nəfərə yaxın işçi işlə təmin olunacaqdır. Tikinti işləri “Araz” Damazlıq Quşçuluq MMC tərəfindən aparılır.
İmişli Şəkər zavodunun nəzdində Kəllə qənd zavodu
Kəllə qənd zavodunun tikintisi üçün 7,5 hektar torpaq sahəsi ayrılmışdır. İllik istehsal gücü 60 min ton olan müəssisədə müxtəlif çeşiddə kəllə qənd hazırlanacaqdır. Zavodun tikintisi “İnnova” Tikinti şirkəti tərəfindən aparılır. Tikintiyə 2011-ci ildə başlanılmışdır. Layihənin ümumi dəyəri 5.0 milyon manatdır, Azərsun Holding Şirkətlər qrupu tərəfindən maliyyələşdirilir. Zavodun gündəlik istehsal gücü 200 ton olacaqdır. Müəssisə fəaliyyətə başladığı zaman 200 nəfər işçi işləməsi nəzərdə tutulmuşdur.
İmişli şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması
Azərbaycan Höküməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişinə əsasən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində 2011-ci ildə İmişli şəhərində su kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur.
Hacıqabul-Bəhrəmtəpə-Horadiz Magistral avtomobil yolu
Hacıqabul-Bəhrəmtəpə-Horadiz Magistral avtomobil yolunun Dünya Bankının vəsaiti hesabına əsaslı təmir olunması nəzərdə tutulmuşdur.