Yuxarı Qaralar kəndində 09.04.2024-cü il tarixdə səyyar görüş baş tutub
09 aprel 2024 | 19:13
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişlidə müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər davam etdirilir. Belə ki, təsdiq edilmiş qrafikə uyğun olaraq aprelin 9-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Yuxarı Qaralar kəndində növbəti səyyar görüş keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı əlaqədar xidmət təşkilatların rəhbərləri, eləcə də nümayəndəliyi əhatə edən Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kənd sakinləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. O, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.