Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Qaralar kəndində 03.06.2025-ci il tarixdə səyyar görüş baş tutub

03 iyun 2025 | 18:09
   Əhalinin mövcud problemlərinin yerində öyrənilməsi və operativ həllinə nail olunması məqsədilə İmişlidə səyyar qəbul və görüşlər davam etdirilir. Təsdiq olunmuş qrafikə uyğun olaraq, iyunun 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Yuxarı Qaralar kəndində növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə icra başçısı ilə yanaşı aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, eləcə də nümayəndəliyə daxil olan Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kənd sakinləri iştirak ediblər.
   Görüşü giriş nitqi ilə açan icra başçısı son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verib. O, rayonda icra olunan infrastruktur layihələri, abadlıq-quruculuq işləri, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən də bəhs edib. Görüş zamanı sakinlərin fərdi müraciətləri, təklif və xahişləri diqqətlə dinlənilib. Müraciətlərin bir qismi yerində həll olunub, digərlərinin icrası üçün isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.
Keçidlər