Şriftin ölçüsü :

Saytın rəngi :

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər İmişli rayonunda uğurla davam etdirilir

18 iyul 2022 | 10:25
      Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da uğurla davam etdirilir. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində uzun müddət təmir edilmədən istismar olunan avtomobil yollarına asfalt örtük qoyulmağa başlanılıb. Əsaslı təmir işləri İmişli şəhərinin N.Nərimanov küçəsinin 650 metr hissəsində aparılıb. Həmin hissədə texnoloji ardıcıllıqla əsaslı təmir işləri aparılaraq 3250 kv.m asfalt örtüyü salınıb. Görülən işlər N.Nərimanov küçəsində yaşayan sakinlərin sevincinə səbəb olub və həyata keçirilən genişmiqyaslı işlərə görə Respublika Prezidenti cənab İlham Əliyevə bütün məhəllə sakinləri adından minnətdarlıqlarını bildiriblər.
       Qeyd edək ki, rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilir və bu istiqamətdə görülən işlər hazırda İmişli şəhərinin digər küçələrində aparılır.
 
(N.Nərimanov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
Keçidlər