Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz ətraf mühit və yaşıl artım əsas prioritetlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilib

13 noyabr 2024 | 16:45

   İmişli Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Təmiz ətraf mühit və yaşıl artım əsas prioritetlərimizdəndir” mövzusunda dəyirmi masada mövzu ətrafında müxtəlif aspektlərə toxunulub. Tədbirdə Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamının əhəmiyyətindən bəhs edilib COP29 tədbirinin ölkədə keçirilməsinin Azərbaycanın ekoloji siyasətdə nüfuzunun göstəricisi olduğu bildirilib. İqlim dəyişmələrinin təsirləri, azad edilmiş ərazilərdə ekoloji bərpa işlərinin prioritetliyi və “ağıllı kənd” layihələrinin əhəmiyyəti qeyd olunub. İqlim dəyişikliyinin canlı aləmə təsiri, Azərbaycanın beynəlxalq ekoloji təşəbbüslərdə iştirakı və yaşıl enerji məsələləri tədbirin əsas mövzuları olub. Sağlam ətraf mühit hüququnun Konstitusiyada təsbit olunduğu vurğulanıb hüquqi aspektlərə diqqət çəkilib. Su ehtiyatlarının çirklənməsi, plastik tullantıların fəsadları və geni dəyişdirilmiş orqanizmlərin ekosistemə və insan sağlamlığına mümkün təsirləri haqqında məlumat verilib. Çıxışlar zamanı ekoloji maarifləndirmə tədbirləri və ağacəkmə aksiyalarının əhəmiyyəti də xüsusi qeyd olunub. Eyni zamanda, tədbirlər proqramında Azərbaycan şəhərlərinin Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının “Şəhərlərdə ağaclar” proqramına qoşulması, Azərbaycan şəhərlərinin Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının “Şəhərlərdə ağaclar” proqramına qoşulması istiqamətin işlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Keçidlər