“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İmişlidə növbəti ağacəkmə aksiyası keçirilib
23 oktyabr 2024 | 18:45
İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq oktyabrın 23-də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun 93 və 95-ci km-liyinin kənarında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTİB-nin əməkdaşları və rayon sakinləri iştirak ediblər. Həyata keçirilən aksiya zamanı avtomobil yolunun kənarında 1000-dən artıq şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində mövsümün sonunadək İmişli rayonunda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.