Şriftin ölçüsü :

Saytın rəngi :

Yardım aksiyasına İmişli sakinləri də qoşulub

10 fevral 2023 | 11:02
    06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur. Prezident cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına həkimlər, xilasedicilər və könüllülər göndərilmişdir. Baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən isə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilmişdir. Bu xeyirxah kampaniyaya İmişli rayon sakinləri də qoşularaq türkiyəli soydaşlarımız üçün müxtəlif əşyalar və digər gündəlik istifadə olunan zəruri avadanlıqlar Türkiyə Respublikasına göndərilməsi üçün İmişli rayonundan Bakı şəhərinə yola salınmışdır.
    Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə bizə mənəvi arxa olub. Təsadüfi deyildir ki, cəbhə bölgəsindəki ən xırda uğurumuzu Türkiyə böyük çoşqu ilə qeyd edirdi. Türkiyədə baş verən bu faciədə qardaş xalqın yanında olmağa tələsən, ona ilk yardım göstərən dövlət də məhz Azərbaycan oldu.
      Faciə zamanı həlak olanlara Allahdan rəhmət diləyirik, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq!
Keçidlər