Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İmişli rayon təşkilatının təsis edilməsinin 31 illiyi qeyd olunub

03 iyul 2024 | 16:52
  İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 31 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, ərazi partiya təşkilatlarının sədrləri və partiya üzvləri iştirak ediblər.
   Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra YAP-nın yaranmasını və fəaliyyətini əks etdirən “Zəfərlər Partiyası” adlı videoçarx nümayiş olunub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək YAP İmişli rayon təşkilatının yaranmasının 31-ci ildönümü münasibətilə bütün partiya üzvlərini və fəallarını ürəkdən təbrik edib, onlara günü–gündən qüdrətlənən doğma Azərbaycanımızın inkişafı naminə məsuliyyətli, eləcə də şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. YAP rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxışında YAP-nın qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsindən söz açıb. Digər çıxış edənlər Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınmasından, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin puç edilməsindən danışıblar.
   Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
 
 
 
 
 
 
 
Keçidlər