Yalavac kəndində şəhid adını daşıyan küçə asfaltlanıb
25 dekabr 2024 | 17:52
İmişli rayonunda Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin yaşadılması və onların ailələrinə diqqət göstərilməsi hər zaman ön planda olmuşdur. Bu məqsədlə İmişli Rayon İcra Hakimiyyəti şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər həyata keçirir. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində növbəti mərhələdə rayonun Yalavac kəndində şəhid Musayev Alik Rafiq oğlunun adını daşıyan küçənin avtomobil yollarında əsaslı təmir işləri aparılaraq yola yeni asfalt örtük salınıb. Tikinti norma və standartlarına tam uyğun şəkildə həyata keçirilən işlər nəticəsində yollar daha rahat və təhlükəsiz hala gətirilib. Bu dəyişiklik yalnız sakinlərin gündəlik həyatını asanlaşdırmaqla qalmamış, həm də rayonun ümumi inkişafına töhfə vermişdir.
Xatırladaq ki, görülən işlər istiqamətində oxşar layihələrin həyata keçirilməsi davam etdirilir. Məqsəd, şəhidlərin ruhunu şad etmək və onların ailələrinə dövlətin sonsuz qayğısını göstərməkdir.