Yalavac kəndində 26.01.2026-cı il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev yanvarın 26-da növbəti səyyar qəbulunu rayonun Rəsullu, Yalavac və Məhəmmədli kənd sakinləri ilə keçirib. Yalavac kənd İ.Səfərov adına kənd tam orta məktəbində baş tutan qəbulda icra başçısı ilə yanaşı rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər. Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən İmişli rayonu ərazisində görülmüş işlərlə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər nəzarətə götürülərək həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






