Şriftin ölçüsü :

Saytın rəngi :

Yalavac kəndində 01.10.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

01 oktyabr 2024 | 17:58

   Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev oktyabrın 1-də növbəti səyyar qəbulunu rayonun Rəsullu, Yalavac və Məhəmmədli kənd sakinləri ilə keçirib. Yeni istifadəyə verilmiş Yalavac kənd İ.Səfərov adına kənd tam orta məktəbində baş tutan qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər. Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən İmişli rayonu ərazisində görülmüş işlərlə bağlı sakinlərə ətraflı məlumat verib. Əlavə olaraq dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən ətraflı danışıb. Sonra sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər nəzarətə götürülərək həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər