Xoşçobanlı kəndində keçirilən səyyar görüşdə vətəndaşların müraciətləri dinlənilib
06 may 2025 | 18:30
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq mayın 6-da Xoşçobanlı kəndində keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı əlaqədar təşkilatların rəhbərləri, eləcə də Murğuzalılı və Xoşçobanlı kənd sakinləri iştirak ediblər.
Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək səyyar qəbul-görüşlərin keçirilməsinin mütəmadi hal aldığını qeyd edib. Eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb. Sonra qəbulda səmimi söhbət aparılaraq sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib. Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.