Xəzər küçəsinin avtomobil yolları yenidən qurulub
10 yanvar 2025 | 09:25
İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işlər davam etdirilir. Belə ki, əhalinin kompakt yaşayış massivində və gediş-gəlişin çox olduğu nəzərə alınaraq şəhərin Xəzər küçəsinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Bu səbəbdən sözügedən yolda əvvəlcə torpaq və çınqıl örtüklü yeni yol yatağı salınıb, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra həmin yola yeni asfalt-beton örtük çəkilib. Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb..
Qeyd edək ki, bu cür layihələrin həyata keçirilməsi, rayonun sosial-iqtisadi inkişafına, həyat keyfiyyətinin yüksəlməsinə və əhalinin rifahının artırılmasına yönəlmiş mühüm addımlardır.