Xəlfəli kəndində vətəndaşlarla səyyar görüş keçirilib
20 sentyabr 2022 | 18:59
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələr İmişli Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar görüş-qəbullar keçirilir. Belə ki, RİH başçısı Elçin Rzayev növbəti səyyar görüşünü bu gün rayonun Xəlfəli, Kürdmahmudlu və Hacıalmuradlı kənd sakinləri ilə keçirib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Elçin Rzayev prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlarından danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də İmişli rayonunda aparılan abadlıq-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verib. Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.