Şriftin ölçüsü :

Saytın rəngi :

Xəlfəli kəndində 24.09.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

24 sentyabr 2024 | 19:43

   Sentyabrın 24-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar görüşünü rayonun Xəlfəli, Kürdmahmudlu və Hacıalmuradlı kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
    Qəbulu giriş sözü ilə açan icra başçısı son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb, sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı imzalanmış sərəncamlardan söz açıb. Eyni zamanda İmişli rayonunda aparılan yenidənqurma işləri ilə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlər həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Görüşün sonunda icra başçısı səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib.

Keçidlər