Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər İmişli şəhərində Ulu Öndərin adını daşıyan parkda abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla anıblar. Eyni zamanda anım günü ilə əlaqədar İmişli rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində, bələdiyyələrdə, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda tədbirlər keçirilib, rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları Ulu Öndərin anım gününə həsr olunub.