Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarla növbəti səyyar qəbul 20.05.2025-ci il tarixdə Otuziki kəndində keçirilib

20 may 2025 | 17:31
    Mayın 20-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən rayonun Muradalılı, Otuziki və Nurulu kəndlərinin sakinləri ilə səyyar qəbul-görüş keçirib. Otuziki kənd tam orta məktəbində təşkil olunan qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatlarının nümayəndələri və sakinlər iştirak ediblər.
   Görüşü giriş sözü ilə açan icra başçısı sakinləri salamlayaraq, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayıb. Bildirilib ki, regionlarda keçirilən səyyar görüşlərin məqsədi yerlərdə əhalinin üzləşdiyi problemlərin operativ şəkildə müəyyən edilməsi, həll imkanlarının dəyərləndirilməsi və sosial rifahın artırılmasıdır.
   Çıxışdan sonar sakinlər tərəfindən səsləndirilən təkliflər və problemlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və icrası üçün əlaqədar qurumlara konkret tapşırıqlar verilib. İcra başçısı görüşün sonunda əhalini narahat edən hər bir məsələyə xüsusi diqqətlə yanaşılacağını qeyd edib.
Keçidlər