Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar qəbul 20.06.2024-cü il tarixdə Muradalılı kəndində keçirilib

20 iyun 2024 | 17:06
       İyunun 20-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə uyğun olaraq rayonun Muradalılı, Otuziki və Nurulu kənd sakinləri ilə görüş keçirib. Görüşdə icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
     Qəbul zamanı icra başçısı sakinləri salamlayaraq bildirib ki, prezident cənab İlham Əliyevin ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları İmişlidə də birmənalı olaraq yerinə yetirilir. Belə ki, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər, qəsəbə və kəndlərdə keçirilən səyyar qəbullar məhz bu məqsədi daşıyır. İcra başçısı həmçinin prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticələrini sadalayaraq əldə olunan uğurların xalqımızın xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri barədə sakinlərə ətraflı məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib. İcra başçısı tərəfindən sakinlərin sualları və müraciətləri cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlər, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Keçidlər