Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidimizin ildönümü qeyd olunub

03 oktyabr 2022 | 16:39

Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdu. Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər və ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Xəlfəli kəndindən olan Gülalıyev Əlnur Seymur oğludur. Bu gün şəhidimizin ildönümü mərasimi qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidizimin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvlərinə isə səbr dilənilib. Eyni zamanda Vətənin müdafiəsi uğrunda canından keçən Əlnurun və digər şəhidlərimizin əziz xatirələrinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyi, onların qanlarının yerdə qalmadığı bildirilib.

Keçidlər