Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həmdulla Abdullayevin 5-ci ildönümü qeyd olunub

07 noyabr 2025 | 11:58
   Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan Abdullayev Həmdulla Aslan oğludur. Noyabrın 7-də şəhidimizin ailəsinin yaşadığı ata ocağında 5-ci ildönümü mərasimi qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı şəhidizimin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvlərinə səbr dilənib. Bildirilib ki, cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər və ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Qeyd olunub ki, Vətən uğrunda canından keçən oğullarımızın döyüşlərdə göstərdikləri igidlik və qəhrəmanlıq hər kəs üçün örnəkdir, onların əziz xatirəsi isə xalqımızın qəlbində daim yaşayacaq. Şəhimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər