Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həmdulla Abdullayevin 3-cü ildönümü qeyd olunub

07 noyabr 2023 | 15:53
   Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan Abdullayev Həmdulla Aslan oğludur. Bu gün şəhidimizin ailəsinin yaşadığı ata ocağında üçüncü ildönümü mərasimi qeyd olunub. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidizimin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvlərinə səbr dilənilib. Bildirilib ki, böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdu. Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər və ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Mərasim zamanı həmçinin Vətənin müdafiəsi uğrunda canından keçən Həmdullanın və digər şəhidlərimizin əziz xatirələrinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyi vurğulanıb.
    Allah rəhmət eləsin!
Keçidlər