Vətən müharibəsi şəhidlərinin dördüncü ildönümlərində xatirələri anılıb
26 noyabr 2024 | 16:36
Noyabrın 26-da Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmalarının 4-cü ildönümləri ilə bağlı İmişli şəhərindən olan Cəfər Osman Elsəvər oğlunun və İsmayılov Elçin Mikayıl oğlunun ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin birinci müavini Mirzə Quliyev, RİH-nin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasimlərdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. Şəhidlərin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!