Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin 3-cü ildönümü qeyd olunub

29 sentyabr 2023 | 10:07
  Sentyabrın 28-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, İmişli rayonunun Qulubəyli kəndindən olan Cəfərli Elşən Rəfail oğlunun, Qaragüvəndikli kəndindən olan Kərimli Ramin Əli oğlunun və Hacırüstəmli kəndindən olan Abbasov Asim Rasim oğlunun 3-cü ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb, ruhlarına dualar oxunub. Həmçinin şəhidlərimizin əziz xatirələrinin xalqımızın qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər