Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Vüsal Şahmarlının və Anar Cavadzadənin ildönümləri qeyd olunub

18 oktyabr 2022 | 18:22
  Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə ucalan qəhrəman oğullarımız, Cavadzadə Anar Tahir oğlunun və Şahmarlı Vüsal Mərdan oğlunun şəhadətə yüksəlməsindən iki il keçir. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
  Mərasim iştirakçıları əvvəlcə şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər. Sonra Vətənimizin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağı bildirilib. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İmişlinin igid oğullarının təkcə imişlilərin, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onlarla hər kəsin fəxr etdiyi vurğulanıb. Şəhidlərimizin ailə üzvləri övladlarının xatirələrinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Keçidlər