Vətən müharibəsi şəhidləri Vüsal Şahmarlının və Anar Cavadzadənin 5-ci ildönümləri qeyd olunub
18 oktyabr 2025 | 15:13
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan İmişli rayonunun Sarıxanlı kəndindən olan Şahmarlı Vüsal Mərdan oğlunun və İmişli şəhərindən olan Cavadzadə Anar Tahir oğlunun oktyabrın 18-də 5-ci ildönümü mərasimləri qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin, rayon Ağsaqqallar Şurasının məsul işçiləri, şəhidlərimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidlərimizin ruhuna dualar oxuyaraq onlara Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər. Daha sonra qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyünü canı və qanı bahasına qoruyan, torpaqlarımızı azad edən qəhrəman oğullarımızla illər keçsə belə daim qürur duyulacaq. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İmişlinin igid övladlarının təkcə doğma el-obasının deyil, bütövlükdə Azərbaycanın fəxri olduqları, hər bir vətəndaşın onlarla qürur duyduğu vurğulanıb. Şəhidlərimizin ailə üzvləri övladlarının xatirələrinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Allah rəhmət eləsin!






