Vətən müharibəsi şəhidləri Vüqar Nuriyevin və Neymət Həsənovun 5-ci ildönümləri qeyd olunub
03 noyabr 2025 | 08:52
Noyabrın 2-də şəhidlik zirvəsinə ucalan Nuriyev Vüqar Hafis oğlunun və Həsənov Neymət Emin oğlunun 5-ci ildönümü mərasimləri şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda keçirilib. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə yanaşı şəhid ailələri, şəhidlərin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitlərinin, igid oğullarımızın bu haqq savaşında qələbə qazanaraq döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazdıqları diqqətə çatdırılıb.
Şəhidlərimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






