Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Nurlan Hüseynovun, Xalid Kamranlının və Əmral Xəmmədovun 3-cü ildönümləri qeyd olunub

15 oktyabr 2023 | 14:16
    Oktyabrın 15-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımız, Hüseynov Nurlan Madər oğlunun, Kamranlı Xalid Kazım oğlunun və Xəmmədov Əmral Zaur oğlunun şəhidlik zirvəsinə ucaldıqları gündən 3 il keçir. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Anım mərasimlərində 44 günlük Vətən müharibəsindən söz açan iştirakçılar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs ediblər. Həmçinin şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ailə üzvlərinə başsağlığı verilib, Allahdan onlara səbir dilənilib.
    Allah rəhmət eləsin!
Keçidlər