Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Elnur Bəylərovun, Şamil Hüseynlinin və Mayıl Qurbanovun 3-cü ildönümləri qeyd olunub

03 noyabr 2023 | 15:11
   Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımız, Bəylərov Elnur Ehdibar oğlunun, Hüseynli Şamil Novruz oğlunun və Qurbanov Mayıl Mayis oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il ötür. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim iştirakçıları erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin daim böyük ehtiramla anılacağını bildiriblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Həmçinin şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ruhlarına dualar oxunub, şəhidlərimizin ailə üzvlərinə səbir dilənilib. Şəhid ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
  Allah rəhmət eləsin!
 
 
 
Keçidlər