Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Elnur Bayramovun və Əli Quliyevin 6-cı ildönümləri qeyd olunub

28 oktyabr 2026 | 18:08
  Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn qəhrəman oğullarımız Bayramov Elnur Şəmsi oğlunun və Quliyev Əli Tədbir oğlunun şəhadətə yüksəlməsinin 6-cı ildönümü mərasimi ailə üzvlərinin yaşadığı ünvanlarda qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, RİH başçısı Aparatının məsul əməkdaşları ilə yanaşı şəhid ailələri, şəhidlərin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimlər zamanı 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı qazanılan şanlı qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs edib. Həmçinin şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, valideynlərinə dərin hüznlə başsağlığı verilib. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
   Allah rəhmət eləsin!
Keçidlər