Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Elnur Bayramovun və Əli Quliyevin 5-ci ildönümləri qeyd olunub

28 oktyabr 2025 | 17:33
   Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn qəhrəman oğullarımız Bayramov Elnur Şəmsi oğlunun və Quliyev Əli Tədbir oğlunun şəhadətə yüksəlməsinin 5-ci ildönümü mərasimi ailə üzvlərinin yaşadığı ünvanlarda qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə yanaşı şəhid ailələri, şəhidlərin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər. Sonra onların keçdiyi şərəfli döyüş yolu xatırlanıb, şəhidlərimizin Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirələri ehtiramla yad olunub və xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Allah rəhmət eləsin!
Keçidlər