Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Elgün Quliyevin 5-ci ildönümü qeyd olunub

06 noyabr 2025 | 19:29
   Noyabrın 6-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Quliyev Elgün Fuad oğlunun 5-ci ildönümü mərasimi qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Mərasim zamanı Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu qeyd olunub. Vətən üçün canını fəda edən oğullarımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an qəlblərdə yaşayacağı vurğulanıb. Şəhimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər