Vətən müharibəsi şəhidləri Elgün Quliyev və Amil Səfərlinin dördüncü ildönümləri qeyd olunub
06 noyabr 2024 | 17:31
Noyabrın 6-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Quliyev Elgün Fuad oğlunun və Səfərli Amil Nizami oğlunun dördüncü ildönümü mərasimləri qeyd olunub. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu qeyd olunub. Vətən üçün canını fəda edən oğullarımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an qəlblərdə yaşayacağı vurğulanıb. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!