Vətən müharibəsi şəhidi Şöhrət Cabbarovun 4-cü ildönümü qeyd olunub
23 oktyabr 2024 | 18:43
Oktyabrın 23-ü Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri, İmişli rayonunun Ölcələr kəndindən olan Cabbarov Şöhrət Əli oğlunun şəhadətindən 4 il ötür. Bu münasibətlə şəhidimizin ailəsinin yaşadığı ata ocağında ildönümü mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, RİH-nin məsul işçiləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı 44 günlük Vətən müharibəsindən söz açan icra başçsısı qazanılan şanlı qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs edib. Həmçinin şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, valideynlərinə dərin hüznlə başsağlığı verilib. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!