Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şaiq Teymurovun 6-cı ildönümü qeyd olunub

29 sentyabr 2026 | 13:07
   Vətən müharibəsində qəhrəmancasına şəhid olan İmişli rayonunun Aranlı kəndindən olan əsgər Teymurov Şaiq Vidadi oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən altı il keçir. Sentyabrın 29-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və sakinlər şəhidimizin 6-cı ildönümü mərasimində iştirak ediblər.
   İcra başçısı mərasim zamanı çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il, sentyabrın 27-dən başlanan və şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
    Allah rəhmət eləsin!
Keçidlər