Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şaiq Teymurovun 5-ci ildönümü qeyd olunub

29 sentyabr 2025 | 17:18
  Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımızın əziz xatirəsi İmişli Rayon İcra Hakimiyyəti tərəfindən daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi ziyarət edir, onlara mənəvi dəstək olur. Sentyabrın 29-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və sakinlər Vətən müharibəsi şəhidi, İmişli rayonunun Aranlı kəndindən olan Teymurov Şaiq Vidadi oğlunun 5-ci ildönümü mərasimində iştirak ediblər. Mərasim zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Şaiqin xatirəsinin daim əziz tutulacağını bildirib.
 
Allah rəhmət eləsin!
Keçidlər