Vətən müharibəsi şəhidi Sabir Əzizlinin 5-ci ildönümü qeyd olunub
10 yanvar 2026 | 12:04
Yanvarın 10-da Vətən müharibəsində şəhid olmuş Əzizli Sabir Hikmət oğlunun şəhadətə yüksəlməsinin 5-ci ildönümü münasibəti ilə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı ünvanda il mərasimi keçirilib. Mərasimdə İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı şəhidizimin əziz xatirəsi dərin ehtiramla yad olunub, Sabir kimi qəhrəmanlarımızın heç zaman unudulmayacağı vurğulanıb. Şəhidimizin ailə üzvləri övladlarının xatirələrinin daim yad olunmasını Sabirin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirərək razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






