Vətən müharibəsi şəhidi Sabir Əzizlinin 3-cü ildönümü qeyd olunub
10 yanvar 2024 | 12:53
Yanvarın 10-da Vətən müharibəsində şəhid olmuş Əzizli Sabir Hikmət oğlunun şəhadətə yüksəlməsinin 3-cü ildönümüdür. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı ünvanda il mərasimi keçirilib. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidizimin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvlərinə səbr dilənib. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışan mərasim iştirakçıları illər keçsə də Sabir kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıblar. Şəhidimizin ailə üzvləri övladlarının xatirələrinin daim yad olunmasını Sabirin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!