Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rüfət Mehdizadənin 6-cı ildönümü qeyd olunub

30 sentyabr 2026 | 17:13
   Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımızın əziz xatirəsi İmişli Rayon İcra Hakimiyyəti tərəfindən daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi ziyarət edir, onlara mənəvi dəstək olur. Sentyabrın 30-da İmişli Rayon       İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və sakinlər Vətən müharibəsi şəhidi, İmişli rayonunun Qulubəyli kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mehdizadə Rüfət İsrayıl oğlunun 6-cı ildönümü mərasimində iştirak ediblər.
    Mərasim zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Rüfətin xatirəsinin daim əziz tutulacağını bildirib.
    Allah rəhmət eləsin!
Keçidlər