Vətən müharibəsi şəhidi Rüfət Mehdizadənin 5-ci ildönümü qeyd olunub
30 sentyabr 2025 | 13:01
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İmişli rayonunun Qulubəyli kənd sakini Mehtizadə Rüfət İsrayıl oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 5 il keçir. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə şəhidimizin 5-ci ildönümü mərasimində iştirak ediblər. Mərasim zamanı qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq, dövlətimiz və xalqımız hər zaman şəhidlərin əziz xatirələrini uca tutacaq. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






