Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rüfət Mehdizadənin 3-cü ildönümü qeyd olunub

30 sentyabr 2023 | 09:38
  Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İmişli rayonunun Qulubəyli kəndindən olan əsgər Mehdizadə Rüfət İsrayıl oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Sentyabrın 30-da İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin 3-cü ildönümü mərasimində iştirak ediblər.
  Mərasim zamanı çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il, sentyabrın 27-dən başlanan və şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildiriblər.
 
  Allah rəhmət eləsin!
Keçidlər