Vətən müharibəsi şəhidi Orxan Şirinovun 4-cü ildönümü qeyd olunub
04 noyabr 2024 | 17:54
Bu gün İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Şirinov Orxan Elxan oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 4 il keçir. Bu münasibətlə şəhidimizin doğulub boya-başa çatdığı ata ocağında ildönümü mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ruhlarına dualar oxunub, valideyinlərinə səbir dilənib. Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə hər zaman əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!