Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Orxan Şirinovun 3-cü ildönümü qeyd olunub

04 noyabr 2023 | 15:23
    Bu gün İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan Vətən müharibəsi şəhidi əsgər Şirinov Orxan Elxan oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Bu münasibətlə şəhidimizin doğulub boya-başa çatdığı ata ocağında ildönümü mərasimi keçirilib. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ruhlarına dualar oxunub, valideyinlərinə səbir dilənilib. Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
      Allah rəhmət eləsin!
Keçidlər