Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nemət Cavadlının 5-ci ildönümü qeyd olunub

01 noyabr 2025 | 11:35

   Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də Cavadlı Nemət Cavid oğludur. Noyabrın 1-də Nemətin şəhid olmasının 5-ci ildönümüdür. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə yanaşı şəhid ailələri, şəhidlərin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Şəhidimizin atası Cavid kişi şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
   Allah rəhmət eləsin!

Keçidlər