Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi mayor Emin Süleymanovun ailəsi doğum günündə ziyarət olunub

21 iyul 2023 | 17:20

   İyulun 21-də doğum günü qeyd olunan Vətən Müharibəsi şəhidi mayor Emin Süleymanovun ailəsi evində ziyarət olunub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevin və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi ziyarətdə şəhidimizin əziz xatirəsi dərin ehtiramla anılıb. İcra başçısı şəhidimizin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Sonra şəhid mayorun keçdiyi mənalı həyat yolundan danışılıb. Ziyarət zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər